Əsas Səhifə > Güney Press > Əli Həsənov, Səttar Mehbalıyev də istintaqa cəlb edilsin
Əli Həsənov, Səttar Mehbalıyev də istintaqa cəlb edilsinBu gün, 14:36 |
|
Ramiz Mehdiyev işi ilə bağlı “bu hakimiyyətin növbəti şousudur”, “dava əmlak davasıdır” və s. kimi fikirləri qətiyyətlə rədd edib bir daha bildirirəm ki, bu proses ətraflı və diqqətli aparılacağı təqdirdə Müstəqil Azərbaycan Dövlətinin tarixində silinməz iz buraxacaq. Bu iş Türkiyədəki FETÖ işindən də mürəkkəb və Dövlətimiz üçün çox vacidir.
“Azərbaycana gəldiyim 1989-cu ildən gedən prosesləri əvvəl kənardan, sonra isə ən yaxından izləmişəm. Ayrı-ayrı qüvvələrin, fərdlərin Azərbaycan Dövlətinə münasibətlərini bilirəm. Çox təəssüf edirəm ki, bu gün belə çoxlarımız Hakimiyyətə münasibətimizlə Dövlətə münasibətimizi əksər hallarda eyniləşdiririk və səhvlərə yol veririk. Bu gün aparılan R.Mehdiyev işi hakimiyyət yox, dövlət məsələsidir. Bu işdə bəzən susqunluğum hansısa ehtiyatdan, kimdən və nədənsə çəkinməyimdən irəli gəlmir. Son günlər bu işdən istifadə edib özünü cəmiyyətə qəhrəman kimi sırımaq istəyənlərdən çoxu vaxtilə R.Mehdiyev dəstəsinin aktiv üzvləri olublar. Onların sırasına qatılmamaq üçün hələlik susmağa üstünlük verirəm. İstintaqın obyektiv aparılacağına isə şübhəm yoxdur. Bir narahatlığım da ondadır ki, söz-söhbətlərin yaranmasının əsas səbəblərdən biri bu günə qədər R.Mehdiyevin xəyanət ortaqları Əli Həsənov və onun qudası Səttar Mehbalıyev kimi bu gün də yüksək vəzifələrdə olanların hələ də istintaqdan kənarda qalmasıdır”. Geri qayıt |