Əsas Səhifə > Güney Press / Ana xəbər > Yanan binanın sakinləri ETİRAZ EDİR

Yanan binanın sakinləri ETİRAZ EDİR


Bu gün, 12:58

"Bu adam bu məhləyə gəlməsin. Birincisi yalandan özünü vəkil kimi təqdim edir, bəzən "hüquqşünasam" deyir. Profilində yazılıb ki əmlak makleridir. Ülvi Mustafayevdir adı. Vəkillər Kollegiyasının üzvü zadı deyil..." "DİA-AZ" xatırladır ki, bunu Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən binanın sakinlərindən biri - tanınmış jurnalist Heydər Mirzə özünün sosial şəbəkə hesabında yazaraq etirazını ifadə edib.
O daha sonra qarşı tərəfin vəkili kimi təqdim olunan şəxs barəsində bunları deyir: "Bu adam hadisə baş verən gündən məhləyə gülə-gülə gəlir. Adamlara qıcıq verir onun bura gəlişi, lütfən, hakimiyyət orqanlarından xahiş edirik: nəzərə alınsın...
Bu idi “pulla hər şey həll edirik” deyən hamının içində. Şahidlər var. Bura gəlişini də təxribat sayırıq....
Həyat sadə deyil. Hərə bir cürə, hərə bir yerdə maaş alır. Amma bir davranış kodu olmalıdır axı. Sənin də yəqin ki ailən var, öbladların var, sən də yəqin ki atasan. Təsəvvür et ki sizin məhəllədə, binanızda belə şey baş verir, sənin kimisi də gülə-gülə gəlir ora, rahat, əlini ayağını sallayıb.
Başqa cür edə bilərdin. Gələrdin sahə müvəkkili ilə birlikdə, "Allah rəhmət eləsin" deyərdin. Bizim mühafizəçi açdı e sizin qarajdakı işçilərinizin qapısını, ölürdülər orada… Sən isə başqa cür edirsən - gəlib burada qıcıq verirsən.
Düzünü deyim, Vüqar Abbasovun özü heç olmasa gözünü aşağı salır, "Allah rəhmət eləsin" deyir. Bu isə elə davranır sanki reality şou çəkirik, sanki 3 adam boğulub ölməyib binada bunlara görə.
Yalan da deyir ki "vəkiləm"... vəkil-zad deyil..."

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər ölüb, 20 nəfər tüstüdən zəhərlənib.

Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.


Geri qayıt