Əsas Səhifə > Güney Press > Putinə görə Bişkekdəki Ukrayna Səfirliyi “gizlədilib”?

Putinə görə Bişkekdəki Ukrayna Səfirliyi “gizlədilib”?


Dünən, 17:56

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə səfərdədir.

“Qafqazinfo” “ArbatMedia” portalına istinadən xəbər verir ki, Bişkekdə Rusiya liderinin iştirakı ilə “Intımak Ordo” qərargahında tədbirlər keçirilib.

Portal yazır ki, sözügedən iqamətgahın yaxınlığında təqribən 200 metr məsafədə nəhəng ekran quraşdırılıb.

İddialara görə, ekranın quraşdırılmasına səbəb Putinin səfəri zamanı Ukrayna səfirliyinin binasını gizlətmək olub. Belə ki, Ukraynanın diplomatik nümayəndəliyi iqamətgahın yaxınlığında yerləşir.

Ukrayna Səfirliyi məsələni şərh etməkdən imtina edib.



Geri qayıt