Əsas Səhifə > Güney Press > Putin Ermənistanın KTMT-yə münasibətindən danışıb

Putin Ermənistanın KTMT-yə münasibətindən danışıb


Dünən, 17:35

Ermənistan KTMT-nin bütün qərarlarını dəstəklədiyini və təşkilatın üzvü olaraq qaldığını bildirir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.


“Ermənistan özünü KTMT üzvü hesab etdiyini, lakin indiki mərhələdə təşkilatın iclaslarında iştirakdan çəkindiyini bildirir. Bu, onların seçimidir, biz onlarla əlaqə saxlayırıq”, - Rusiya Prezidenti qeyd edib.

Putin Rusiyanın KTMT-yə sədrliyi dövründə təşkilatın qəbul edəcəyi qərarları Ermənistanla razılaşdıracağını da vurğulayıb.

Qeyd edək ki, Ermənistan KTMT-nin Bişkekdə keçirilən sammitinə qatılmayıb.


Geri qayıt