Əsas Səhifə > Güney Press > Bakıdakı maşın bazarı söküləcək?
Bakıdakı maşın bazarı söküləcək?Dünən, 17:19 |
|
Bakıdakı avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır. Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir. Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir. Xəbərin yayılmasından sonra sosial şəbəkələrdə və mətbuatda iddia edilib ki, Bakıda yerləşən maşın bazarı söküləcək. Hətta maşın bazarının yerində binaların tikiləcəyini iddia edənlər də var. Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərli Ağdamda maşın bazarının qurulmasının iqtisadi baxımdan səmərəli ola biləcəyini söyləyib: “İstərdim ki, işğaldan azad olunmuş ərazilərimizdə belə infrastruktur layihələri olsun. Niyə də yox. Bu təkcə avtomobil bazarı yox, eyni zamanda avtomobil təmirinin, ehtiyyat hissələrinin satışının və avtomobillərin xaricə ixracının olduğu bir hab, mərkəz kimi yaradıla bilərdi. Artıq bu müvafiq qurumların işidir. Sadəcə belə bir mərkəz olsa yaxşı olardı. İqtisadi baxımdan səmərəli olardı". Ekspert Bakıdakı maşın bazarının sökülməsi ilə bağlı məlumatlı olmadığını deyib: "Bu məsələ sahibkarların işidir. Onlar nə qərar versə, elə də olacaq. Sadəcə olaraq, mən düşünürəm ki, Bakı şəhərində nəinki bir, hətta bir neçə maşın bazarına ehtiyac var. Avtomobil ehtiyat hissələrinin satışına da ehtiyac mövcuddur. Bakı çoxmilyonlu şəhərdir. Bakıda artıq avtomobil bazarları ləğv olunmalıdır, yaxud ləğv olunacaq deyə bir şey yoxdur. Bakıda da, Ağdamda da maşın bazarları olsun. Niyə olmur? Lap yaxşı, tələbat varsa olmalıdır. Xüsusən işğaldan azad olunmuş hər hansı ərazidə infrastruktur yeniliyi olursa, həmin ərazinin iqtisadi inkişafına da məskunlaşma, qayıdış proqramlarına da bu, müsbət təsir edən amil kimi çıxış edir". Geri qayıt |