Əsas Səhifə > Güney Press > Sabiq nazir İpoteka və Kredit Zəmanət Fondundan tender uddu
Sabiq nazir İpoteka və Kredit Zəmanət Fondundan tender udduDünən, 17:14 |
|
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisəsi olub. Gununsesi.info bildirir ki, fond “İmprotex Motors” MMC-dən 360 min manata 4 ədəd minik avtomobili alacaq. Avtomobillərin 3-ü komfort sinif tipli, 1-i isə biznes sinif tipli olacaq. BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Geri qayıt |