Əsas Səhifə > Güney Press > Azərbaycanda azyaşlıları ibadətə cəlb edən
Azərbaycanda azyaşlıları ibadətə cəlb edənDünən, 16:45 |
|
Astarada kənd məscidinin axundu cərimələnib. Lent.az xəbər verir ki, rayonun Məscidməhəllə kənd məscidinin 43 yaşlı imamı dini tədbir zamanı qayda pozuntusuna yol verib. Belə ki, axundun rəhbərlik etdiyi həmin məclisdə 5 yaşlı uşaq da iştirak edirmiş. Azyaşlının həmin dini məclisdə iştirakına görə, imam barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü (ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə) maddəsilə protokol tərtib olunub. Məhkəmə sübutlara, məscid imamının və onun barəsində protokol tərtib edən şəxsin ifadəsinə əsaslanaraq, sözügedən maddə üzrə qayda pozuntusunu təsdiqləyib. Astara rayon Məhkəməsinin qərarı ilə kənd məscidinin imamı 1500 manat məbləğində cərimələnib. Geri qayıt |