Əsas Səhifə > Güney Press / Partiya > Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır!
Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır!Bu gün, 13:21 |
|
Bakıda SSRİ bayraqları ilə yürüş etməyə çalışan qrup saxlanılıb. Daxili İşlər Nazirliyi bildirib ki, aksiya təşkilatçıları - Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər barəsində cinayət işi açılıb. Artıq onlardan birinə - Abdulla İbrahimliyə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub. Lakin bu hadisə heç də qıraqdan baxıldığı qədər sadə görünmür. SSRİ bayrağı qaldıranlara xarici mərkəzlərin dəstəyi istisna edilmir. Hətta onların arxasında daxildəki "5-ci kolon"un dayandığı barədə də iddialar var. Hadisə ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bunu istisna etməyib. “Burada söhbət sadəcə SSRİ bayrağı qaldrımaqdan getmir. Onların bir saytı var, orada açıq-aşkar müstəqil Azərbaycan dövlətinin əleyhinə, SSRİ-nin, Rusiyanın isə lehinə silsilə verilişlər yayımlayırlar. Uzun müddətdir onları izləyirəm, planlı şəkildə Azərbayca dövlətçiliyinə qarşı Rusiyanın maraqlarına uyğun ciddi siyasət aparırlar. İndi küçəyə çıxmaları İmişlidə bir müddət əvvəl baş verənlərin davamıdır. Sərdar Cəlaloğlu keçmiş deputat, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin SSRİ bayrağı qaldıran şəxsləri dolayısı ilə müdafiə etməsini də pisləyib: “Arif Rəhimzadə dəfələrlə Rusiyanı açıq-aşkar müdafiə edib. Türkiyə ilə münasibətləri yenidən qurduğumuz bir vaxtda ruslara müraciət etdi ki, "biz türk deyilik, onlarla əlaqəmiz yoxdur". Arif Rəhimzadə indi də bunları müdafiə edib. Bu da onu göstərir ki, məhz bu addım ruspərəst qüvvələrin hərəkətidir, 3-4 gəncin küçəyə çıxması deyil. Onların “Sosialist” adında internet kanalları var, orada Azərbaycan əleyhinə dediklərinə cavab verməkdən yorulmuşam. Mənim deməyimlə deyil ki, onlar verilişlərini davam etdirirlər, özlərinə xeyli tərəfdaş toplayıblar. Bəzi Azərbaycan vətəndaşları sosial-iqtisadi vəziyyətin təsirindən onlara siyasi cəhətdən qoşulmasalar da, ideyalarını tərifləyirlər. Buna ictimai asayişin pozulması kimi baxmaq, əslində hadisənin məğzini başa düşməməkdir”. S.Cəlaloğlu baş verən hadisədə Ramiz Mehdiyev izinin olması ilə bağlı isə bunları deyib: “Mənə elə gəlir ki, Ramiz Mehdiyev o səviyyədə deyil. Tamamilə başqa adamlar Rusiyanın burada maraqlarını müdafiə edir, bunları idarə edirlər. Məgər Rusiyanın Azərbaycandakı tək emissarı Ramiz Mehdiyevdir? Bu dəqiqə hökumət içində Rusiyanın bir neçə ciddi kadrı var. Onların kifayət qədər nüfuzu, dövlət idarəetməsində təsir imkanları mövcuddur. Ramiz Mehdiyev utilizasiya edilmiş adamdır. Düzdür, indi Azərbaycanda bəzi imkanlı adamlar Rusiyanı açıq-aşkar müdafiə edib küçələrə çıxa bilmir, ziyalılardan, gənclərdən istifadə edirlər. Həmin bu bayraq qaldıranlardan gedib soruşsan, sosializm nədir, bilməzlər, heç sovet hökumətini də görməyiblər. Amma bəh-bəhlə bu ideyanı müdafiə edirlər”. Geri qayıt |