Əsas Səhifə > Güney Press > DSMF 14 ədəd xidməti minik avtomobili alacaq

DSMF 14 ədəd xidməti minik avtomobili alacaq


Bu gün, 12:56

Dövlət Sosial Müdafiə Fondu 14 ədəd sərnişin minivan tipli xidməti minik avtomobili alacaq.

İqtisadiyyat.az xəbər verir ki bununla əlaqədar DSMF hazırlıqlara başlayıb.

Fond üçün 14 ədəd minik avtomobilin satın alınmasına sərf olunacaq məbləğin 611 min 800 manat olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, avtomobillərin istehsal ili minimum 2024-cü il, sərnişin tutumunun minimum 5 nəfər, çəkisinin isə 1400 kq olması əsas şərtlərdəndir.


Geri qayıt