Əsas Səhifə > Güney Press > Azərbaycanda atlara və dəvələrə mikroçip taxılacaq

Azərbaycanda atlara və dəvələrə mikroçip taxılacaq


Bu gün, 12:45

Qida Təhlükəsizliyi İnstitutu atlar və dəvələr üçün xüsusi tanınma nömrələrinin (mikroçip) satın alınması məqsədilə tender müsabiqəsi elan edib.
“Yeni Avaz” xəbər verir ki, AQTİ atlar və dəvələr üçün ümumilikdə 5 000 ədəd mikroçip alacaq. 5 000 ədəd mikroçip alınması üçün 12 min 833 manat 33 qəpik vəsaitin (ehtimal olunan qiymət) ayrılması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, sonuncu rəsmi məlumata görə, Azərbaycanda 49 min 442 baş at, 350 baş dəvə var.


Geri qayıt