|
Bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.
Bakupost.az xəbər verir ki, proqramın qonaqları son günlər adı Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqalda hallanan Almaxanım Əhmədova, müğənni Pərviz Abdullayev və Namiq Qasımov olub.
Almaxanımın ifasından sonra reklam nümayiş olunub və proqramın davamı yayımlanmayıb. Bunun əvəzinə isə kanalda serial yayıma başlayıb.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.
VİDEO BURADA: https://bax.tv/maqazin-xeberleri/almaxinimin-ifasindan-sonra-verilis-dayandi-216431?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=maqazin-xeberleri
Geri qayıt
|