Əsas Səhifə > Güney Press > "Anamı o lənətə gəlmişin caynağından ala bilmədim"
"Anamı o lənətə gəlmişin caynağından ala bilmədim"Bu gün, 12:22 |
|
"Anam uzun zamandır ki, xərçəng xəstəsi idi. Onu lənətə gəlmiş xəstəliyin caynağından ala bilmədim".
Bu sözləri Qaynarinfo-ya Əməkdar artist Nofəl Vəliyev mərhum anasından danışarkən deyib.
Aktyor anasının ölümü ilə barışa bilmədiyini bildirib:
"Mənə çox çətindir, onu canımdan çox sevirdim. Hazırda Göyçay rayonundayıq. Bir azdan anamı torpağa tapşıracağıq. Allah heç bir ailəni böyüksüz etməsin".
Xatırladaq ki, Əməkdar artist Nofəl Vəliyeva ağır itki üz verib. Aktyorun anası gecə saatlarında dünyasını dəyişib.
Geri qayıt |