Əsas Səhifə > Güney Press > Xalq artistinin qızı erməni ilə əl-ələ

Xalq artistinin qızı erməni ilə əl-ələ


Bu gün, 12:15

Tanınmış azərbaycanlı stilist-vizajist, Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, erməni əsilli stilist, Georgi Kot ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə paylaşıb.

Şəfəq rəy bölməsinə "Çox dəyərli müəllimim, mənim üçün müqəddəs insan Georgi Kot" şərhini yazıb.

Şəfəqin bu hərəkəti yerli izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və o, tənqid olunub.

Qeyd edək ki, Gergi Kot Abxaziyada erməni əsilli ailədə dünyaya gəlib. Onun anası Susanna Aqozyan erməni qızıdır.


Geri qayıt