Əsas Səhifə > Güney Press > “Ruhəngiz Musəvi üçün fəxri adı Flora Kərimova aldı, mənə də təklif etmişdi, amma...”

“Ruhəngiz Musəvi üçün fəxri adı Flora Kərimova aldı, mənə də təklif etmişdi, amma...”


Bu gün, 12:11

“Ruhəngiz Musəvi üçün fəxri adı Flora xanım Kərimova alıb. Bunu danmaq olmaz. Bunu hardan bilirəm? Bir gün Mərdəkanda qızımın bağında idim. Gördüm Flora xanım bizə gəlib. Mən ona “Floş” deyə müraciət edirəm. Oturduq süfrə arxasında, çay içdik, söhbətləşdik. Dedi ki, “Əli, sən neçə illərdir oxuyursan, gəl gedək səni də təqdim edim”. Mənim də o vaxt “Dan Ulduzu” ansambılımda ən məşhur vaxtlarım idi. Dedim ki, əgər Akif İslamzadəyə, Hüseynağa Hadıyeva fəxri ad versələr, onlardan sonra mən ala bilərəm. Mən onlardan sonra sənətə gəlmişəm. Əgər onlara fəxri ad verilmirsə, qoy mənə də verilməsin. Flora xanım Ruhəngizə görə xahiş edib, onun adını təqdim edib. Sağ olsun Flora xanım. O vaxt sözü eşidirdilər. İndi nazirlikdə kiminsə sözünü eşidən var ki? Mən paxıllıq etmirəm, Ruhəngizin haqqıdır. İllərdir oxuyur. Sadəcə doğru zamanda qarşısına doğru insan çıxdı. Bunu Flora xanım da təsdiqləyər, amma inanmıram etdiyini dilinə gətirsin. Çünki o mərd xanımdır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O daha sonra Ruhəngiz Musəvi ilə münasibətinə aydınlıq gətirib:
“Ruhəngiz Musəvi əsəbi olub. Neçə illərdir birlikdə dostluq edirik. Bir az xasiyyəti ağırdır. O vaxt cavan idi, hər gün toyda idik, yola verirdi hamını. İndi bütün günü evdədir, toyu yox, gedən yeri yox. Hirsini mənim üstümə tökür. Mən yetim də nə deyim? Allah Ruhəngizə ömür versin. Qadındır da. İndi yenə də məndən inciyəcək”, - deyə sənətçi bildirib.
İddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Geri qayıt