Əsas Səhifə > Güney Press > Türkiyə vətəndaşı Bakıda yenidən mühakimə olunacaq

Türkiyə vətəndaşı Bakıda yenidən mühakimə olunacaq


Bu gün, 10:59

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.


Qeyd: 2023-cü il mayın 7-də Novxanı qəsəbəsində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun ailəsinin-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib. Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. M.Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.


Geri qayıt