Əsas Səhifə > Güney Press > ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir

ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir


Bu gün, 11:41

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və ABŞ Dövlət Katibi Marko Rubio

ABŞ Dövlət katibi Marko Rubio Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla görüşməkdən imtina edir.

APA xəbər verir ki, bu barədə “Politico”nun məqaləsində bildirilib.

“Kallas Tramp administrasiyası ilə mürəkkəb münasibətlərinə görə faktiki olaraq diqqət mərkəzindən kənarda qalıb. Hətta administrasiyanın Avropaya ən çox meyilli rəsmisi Marko Rubio belə Kallasla ikitərəfli görüşlərdən imtina edir”, - məqalədə qeyd olunub.

“Politico”ya danışan mənbə deyib ki, “Kallas pərdə arxasında Avropa ölkələri üçün “pis polis” rolunu oynayır”.


Geri qayıt