Əsas Səhifə > Güney Press > Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb


Bu gün, 11:35

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

“DİA-AZ” APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Noyabrın 11-i Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.


Geri qayıt