Əsas Səhifə > Güney Press > Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət
Sarayda 20,3 milyon manata binalar tikəcək şirkətBu gün, 09:57 |
|
MİDA Abşeronun Saray qəsəbəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, satınalma üzrə qalib "Yar İnşaat Təmir-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətə 20 milyon 310 min 580 manat ödəniləcək. Ehtimal olunan qiymət 37 milyon 349 min 903 manat idi. Satınalma Abşeron rayonu, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir. Qeyd edək ki, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, həmçinin 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, eləcə də 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi işlərini "GM Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmişdi. Həmin tenderin dəyəri isə 31 milyon 255 min 488 manat idi. Geri qayıt |