Əsas Səhifə > Güney Press > Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır

Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır


Bu gün, 09:55

15 yanvar 2026-cı il saat 11:00-da “Binəqədi LTD” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Abşeron rayonu, Şamaxı şosesi 46 nömrəli ünvanda, cəmiyyətə məxsus istehsalat sahəsində keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, Abşeron rayonu, Şamaxı şosesi 46 nömrəli ünvanda, cəmiyyətə məxsus istehsalat sahəsində olacaq.

Yığıncağın gündəliyi:

1. 2024-cü ilin maliyyə-təsərrüfat fəaliyyəti haqqında idarə heyətinin hesabatının müzakirəsi və təsdiqi.

2. Təşkilati məsələlər–müşahidə şurasının seçilməsi, idarə heyəti sədrinin seçilməsi və maliyyə-təftiş komissiyasının seçilməsi.

3. Maliyyə çətinlikləri ilə əlaqədar cəmiyyətə məxsus əmlakın özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi.

4. Cəmiyyətin idarə heyəti sədrinin səlahiyyətlərinin genişləndirilməsi, əmlakın satılması və digər zəruri məsələlər üzrə qərarların qəbul edilməsi.

Əlaqə nömrəsi: +994 - 50 - 350 - 08 - 48.


Geri qayıt