Əsas Səhifə > Güney Press > Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib

Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib


Bu gün, 06:30

Vətən müharibəsi iştirakçısı polisin qanuni əmrinə tabe olmadığı üçün məsuliyyətə cəlb edilib.

Teleqraf xəbər verir ki, 2001-ci il təvəllüdlü Telman Qasımov (ad və soyad şərtidir) Xəzər rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

T. Qasımov Binə qəsəbəsi, Ə. İsazadə küçəsində “Daewoo Gentra” markalı avtomobildə işıq cihazlarından istifadə qaydasını pozduğuna görə saxlanılıb. Baxış zamanı avtomobildə konstruktiv dəyişiklik edildiyi aşkar olunub. T. Qasımov avtomobilin açarını polis əməkdaşlarına verməkdən imtina edib. Ona məxsus avtomobil evakuatorla cərimə meydançasına aparılıb.

Polis şöbəsinə dəvət edilən T. Qasımov inzibati xəta törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilib.

Onun Vətən müharibəsi iştirakçısı olması, Kəlbəcər, Laçın və Suqovuşanın azad edilməsinə görə medallarla təltif edilməsi, himayəsində iki azyaşlı övladının olması və əməlindən peşman olduğunu bildirməsi Xəzər Rayon Məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.


Geri qayıt