Əsas Səhifə > Güney Press > “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək”
“Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək”Dünən, 17:03 |
|
“Ermənistanla ABŞ arasında bağlanan müqavilə ölkəmiz üçün siyasi təhlükədir”. Tribunainfo.az xəbər verir ki, bunu İran Parlamentinin Quruculuq Komissiyasının üzvü Əlireza Nesari “Khabarfori” saytına açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur Dəhlizi layihəsi marşrutunun İrandakı 107 kilometrlik hissəsinin təkmilləşdirilməsinə və tikintisinə ehtiyacı var və bu iş sürətlə gedir. “Zəngəzur dəhlizi layihəsinin tamamlanması 4-5 il çəkəcək. Ermənistan və Azərbaycan da bunun üzərində işləyirlər”. Nesari onu da bildirib ki, İran bəzi addımlar atmalıdır. “Biz iki məsələni proqnozlaşdırmalıyıq: İran torpağından keçən hissə tamamlanarsa, ağırtonnajlı nəqliyyatın keçidi daha asan olacaq. Bu marşrutu təmin etsək, onlar bizim marşrutla keçmək məcburiyyətində qalacaqlar”. Geri qayıt |