Əsas Səhifə > Güney Press > “Dünyada mətbuatın funksiyası dəyişir”

“Dünyada mətbuatın funksiyası dəyişir”


Bu gün, 18:03

Mətbuatın “dördüncü hakimiyyət” kimi qəbul edildiyi dövrün ənənəvi anlayışları artıq dəyişməkdədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış publisist Müsəllim Həsənov "Gilavar" "YouTube" kanalında vurğulayıb.

Həsənov bildirib ki, xüsusilə ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra mətbuat sahəsinə dövlət münasibətlərində ciddi dönüş baş verib: “Amerikanı həmişə demokratiyanın beşiyi və söz azadlığının carçısı hesab edirdik. Demokratiyanın əsas elementlərindən biri azad mətbuatdır. Lakin bu gün Tramp Ağ Evdə jurnalistləri toplayır, xoşuna gəlməyən suallar verildikdə onları təhqir edir, bəzi qəzetləri ‘fake’ adlandırır. Bu, mətbuatın dünyadakı rolunun dəyişdiyini göstərir".

Publisistin sözlərinə görə, əgər özünü demokratiyanın əsas müdafiəçisi kimi təqdim edən ABŞ mətbuata bu cür yanaşırsa, digər ölkələrdə vəziyyətin daha fərqli olacağı gözləniləndir: “Görünür, zaman dəyişir və bu dəyişikliklər media sektorunda da özünü qabarıq şəkildə göstərir".


Geri qayıt