Əsas Səhifə > Güney Press > Azərbaycanda tanınmış rəssam vəfat etdi
Azərbaycanda tanınmış rəssam vəfat etdiBu gün, 09:23 |
|
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib. Kult.azxəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb. 1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən "Dünyanın ən görkəmli 200 rəssamının sərgisi"ndə yer alıb. UNESKO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Geri qayıt |