Əsas Səhifə > Güney Press > ABŞ-ın sülh planı sanki Moskvada yazılıb
ABŞ-ın sülh planı sanki Moskvada yazılıbBu gün, 17:33 |
|
ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, o zaman o elə bil Moskvada yazılıb. APA xəbər verir ki, bu fikri Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen “Yle”yə bildirib. Nazir ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi iddia edilən sülh planının Qərb KİV-də təqdim olunan müddəalarını sərt şəkildə tənqid edib. Elina Valtonen qeyd edib ki, əgər ABŞ-ın sülh planı KİV-də təsvir olunduğu kimidirsə, bu cür şərtlər Ukrayna və onun Avropadakı tərəfdaşları üçün qəbuledilməzdir. “Bu plan sanki Moskvada yazılıb. Onlar BMT Nizamnaməsini açıq şəkildə kənara atır”, — Valtonen vurğulayıb. “Biz Ukraynada ədalətli və davamlı sülh istəyirik və artıq dörd ildir bu məqsədə nail olmaq üçün çalışırıq”, — o əlavə edib. Geri qayıt |