Əsas Səhifə > Güney Press > "Mən hakimiyyətə gələn kimi onu öldürdülər"
"Mən hakimiyyətə gələn kimi onu öldürdülər"Bu gün, 17:12 |
|
“Biz hakimiyyətə gələn kimi İsrail HƏMAS lideri İsmayıl Haniyəni öldürdü”. Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qəzvin vilayətinə səfəri zamanı deyib. “Hökuməti ələ aldığımız vaxtdan kimi onlar (İsraili nəzərdə tutur – red.) Haniyəyə sui-qəsd etdilər və hər gün bir bəla gətirdilər. İndi biz bu bəla və qeyri-bərabərlik içində irəli getməliyik. Bütün bunlar iqtisadi çətinlik və müharibənin üzərimizə gəldiyi vaxtda baş verir”, - o bildirib. Xatırladaq ki, İsmayıl Haniyə 2024-cü il iyulun 31-də, Məsud Pezeşkianın İranın yeni seçilmiş prezident kimi andiçmə mərasimindən sonra Tehranda öldürülüb. Geri qayıt |