Əsas Səhifə > Güney Press > Həyəcanlanmayın: Huker bunu Bakıda da etdi
Həyəcanlanmayın: Huker bunu Bakıda da etdiBu gün, 16:04 |
|
“Bu, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerdir. O, İrəvandan sonra Bakıya getdi”. Globalinfo.az xəbər verir ki, bu barədə siyasi şərhçi Akob Badalyan deyib. “İrəvanda Hukerin Tsitsernakaberdə – “soyqırımı qurbanlarının xatirə kompleksi”ni ziyarət etməsi diqqət çəkmişdi. Məlum olduğu kimi, onu heç bir rəsmi şəxs müşayiət etməmişdi. Mən düşünmüşdüm ki, yaranan səs-küyə görə memoriala şəxsi qaydada gedib və hətta ABŞ səfiri belə yanında olmayıb. Onun Bakıda Şəhidlər xiyabanını tək ziyarət edəcəyi də gözlənilən idi. Amma əsas məsələ tək getməsi deyil, hər iki ölkədə eyni prinsipi tətbiq etməsidir: o, hər iki memoriala şəxsi ziyarət formasında, rəsmi müşayiət olmadan gedib. Bu, ABŞ-ın Ermənistan və Azərbaycan məsələlərində balanslı və simmetrik siyasət apardığını göstərir. Və vacibdir ki, ictimaiyyət elə təsəvvürə düşməsin ki, guya ABŞ Ermənistanın təhlükəsizliyinin qarantı olmağa hazırdır”, A.Badalyan qeyd edib. Ekspert bildirib ki, Ağ Evin İrəvana mesajı aydındır: “ABŞ öz mövqeyini açıq göstərir: Ermənistanın təhlükəsizliyi onun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir. Üstəlik, ABŞ bu məsələdə ümumilikdə Bakı və Ankaranın yanaşmalarına kifayət qədər loyal davranır. Bu isə ona görə deyil ki, onlar “Ermənistanı sevmirlər”, sadəcə, bu məsələ Vaşinqton üçün çox öncəliyə malik deyil. Onlar üçün bu, dördüncü-beşinci dərəcəli əhəmiyyət daşıyır”. Geri qayıt |