Əsas Səhifə > Güney Press > Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur

Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur


Bu gün, 14:52

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında 98 ədəd bankomat olub.
Yeniavaz.com
xəbər verir ki, bankomatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 ədəd artıb.
Qeyd edək ki, bankomatların 56,2%-i – 55 ədədi “Kapital Bank” ASC-yə məxsus olub. Bankomatların 35 ədədi və ya 35,7%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin olub. Ümumiyyətlə, Naxçıvandakı bankomatlar cəmi 7 banka məxsusdur. “Kapital Bank” və “Beynəlxalq Bank”dan sonra ən çox bankomat “Azər-Türk-Bank” ASC-yə məxsus olub. Bu bankın Naxçıvanda 4 bankomatı var. Digər bankların – “Rabitəbank” ASC, “Bank Respublika” ASC, “Ziraat Bank” ASC və “AccessBank” QSC-nin isə hər birinin Muxtar Respublikada 1 bankomatları mövcud olub.


Geri qayıt