Əsas Səhifə > Güney Press > Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdıBu gün, 13:14 |
|
“Bütün insanların ən böyük istəyi görülməkdir”. Bu sözləri psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, burada söhbət sadəcə ekran qarşısında görülməkdən deyil, işlərinin görülməsindən gedir: “İnsanın təbiətinin tələbi görülmək, qiymətləndirilməkdir. Yəni hamının yaşadığı həyatın bir şahidi olmalıdır. Bir yaxın şahidi tapa bilməyəndə min uzaq şahidə ehtiyacımız olur. Bu, ata, ana, həyat yoldaşı kimi ailə üzvlərimiz ola bilər. Birinci dərəcəli yaxın ailə üzvlərimiz etdiklərimizi görməyəndə özümüzü yaxşı hiss etmirik. Əgər təqdir gözlədiyimiz insan bizi görmürsə, milyon izləyici belə o boşluğu doldura bilmir”. Ekspert qeyd edib ki, bu insanların həyatları araşdırılsa, əsas təqdir görməli adamlardan təqdir görmədikləri ortaya çıxacaq: “Hər kəsin təqdir görməsi lazım olan yer fərqli olur. Bunu özləri müşahidə edərək tapa bilərlər. Birinci dərəcəli şahidləri olmayanda insanlar bu boşluğu sosial şəbəkədə doldurmağa çalışırlar. Etdiklərinin minlərlə insanın görməsi üçün fenomen olmaq istəyirlər”. Onun sözlərinə görə, sosial şəbəkədə fenomen olmaq normadan çox görülmə arzusundan qaynaqlanır: “Məsələn, kimsə qapalı profildə bir paylaşım edəndə onu 5-10 nəfər görür, amma tanınanda fotolarını minlərlə insan görür. Çünki artıq kənardan görülməyə ehtiyac duyurlar. Bəlkə də çox insan tərəfindən bəyənilsə, təqdir görülmək istədikləri adam da bunu edər deyə düşünürlər. İnsan sosial şəbəkədə nə qədər çox adama çatmaq istəyirsə, şahidi olmaq istədiyi adamdan uzaqlığı bir o qədər çoxdur. O, artıq milyonlara çıxmaq istəyir. Hesab edir ki, istər-istəməz ata-ana, həyat yoldaşı kimi ailə üzvü də haqqında “bacardı” deyəcək. Yəni bu, təqdir olunma hissinin bizi gətirdiyi nöqtədir”. Əfsanə Rüstəmova diqqətə çatdırıb ki, bir müddət öncə sosial şəbəkənin həqiqətən gəlir gətirdiyi təsdiq olunduğu üçün öz içindəki obrazlarının utanılacaq tərəf kimi yox, uğur gətirəcək tərəf kimi görürlər: “O kimlikləri ilə ortaya çıxmağa başladılar. Məsələn, bugünə qədər hamı “arvadağız” insanları qınayırdı. Lakin sosial şəbəkə “arvadağız” dediyimiz kişilər çox rahatlıqla o tərəflərini obraz kimi satıb, pul qazana bilirlər. Onların bu günə qədər utanıb, gizlətdiyi, lağ olunan tərəflərini bu gün sosial şəbəkədə “qəhrəman”a çevirib, ona gəlir gətirir. Sosial şəbəkə vasitəsilə utanılan tərəflərinin onlara çox qatqı gətirən tərəfləri olduqlarını anladılar. Normalda isə bunu anlamaq uzun və çətin prosesdir”. Geri qayıt |