Əsas Səhifə > Güney Press > Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi
Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdiBu gün, 11:16 |
|
Müğənni Aynurə Suri (Nura Suri) Kulis.az saytında onun haqqında dərc olunan məqalələrlə bağlı Baş prokuror Kamran Əliyevə şikayət edib.
Bakupost.az xəbər verir ki müğənni son günlər Kulis.az saytında onun şəxsiyyətini, müğənnilik fəaliyyətini və ictimai nüfuzunu zədələyən məqalələr dərc olundugunu bildirib:
"Həmin yazının müəllifi Rəna Nevzat, redaktoru isə Akif Uluçaydır. Materiallarda obyektivlik gözlənilməmiş, faktlara əsaslanmayan fikirlər irəli sürülmüş, jurnalist etikası və media davranış qaydaları açıq şəkildə pozulmuşdur. Saytın şəxsi münasibətlər zəmnində yönləndirildiyi hiss olunur və bu, mənə qarşı qərəzli yanaşma yaratmışdır.
Yazıda istifadə olunan ifadələr mənim sənət fəaliyyətimi və nüfuzumu alçaldır, cəmiyyətdə mənə qarşı yanlış rəy formalaşdırır və reputasiyama zərər vurur. Bu hal aşağıdakı qanunvericilik normalarının pozulması deməkdir:
Mülki Məcəllənin 23-cü maddəsi
– Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi.
Bu maddəyə əsasən şəxsi nüfuzun alçaldılmasına yol verildikdə yazının təkzibi, məzmunun silinməsi və zərərin ödənilməsi tələbi legitim sayılır.
“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 14 və 15-ci maddələri
– Media qurumunun obyektiv və qərəzsiz məlumat vermək öhdəliyi,
– Redaktorun yayımlanan materiala görə birbaşa məsuliyyəti.
Bu tələblərin pozulması məhz redaktor və məqalə müəllifi üçün məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsi
– İnformasiya tələblərinin pozulması.
Bu maddəyə əsasən informasiya öhdəliklərini pozan media subyektinə 1000 manatadək cərimə tətbiq oluna bilər.
“Media haqqında” Qanunun 14, 16 və 19-cu maddələri
– Qərəzli, manipulyativ və qeyri-dəqiq məlumatların yayılmasının qadağan edilməsi,
– Redaktorun və media subyektinin hüquqi məsuliyyəti,
– Təkrar pozuntu olduqda sərt sanksiyaların tətbiqi.
Bu müddəalar yazının dərcində ciddi pozuntu olduğunu göstərir.
Kulis.az-da dərc olunan həmin yazı:
• mənim peşə fəaliyyətimi kiçildir,
• ictimai rəyi yanlış istiqamətə yönəldir,
• şəxsi nüfuzumu aşağılayır və
• açıq şəkildə qərəz nümayiş etdirir.
Bu səbəbdən Baş Prokurorluğa rəsmi qaydada müraciət edərək:
1. Məqalənin müəllifi Rəna Nevzat və redaktor Akif Uluçay barəsində qüvvədə olan qanunvericilik əsasında məsuliyyət tədbirlərinin görülməsini,
2. Mənə qarşı yönəlmiş qərəzli informasiya fəaliyyətinin dayandırılmasını,
3. Etik normaları və informasiya tələblərini pozan yazının saytdan silinməsi və təkzib olunmasını,
4. Media qurumunun şəxsi hücum vasitəsinə çevrilməsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini xahiş edirəm.
Bu müraciət eyni zamanda ictimaiyyətə açıq bəyanatımdır:
Mənim sənətimə və şəxsiyyətimə qarşı yönəlmiş qərəzli yanaşmaları qəbul etmirəm və öz hüquqlarımı dövlət qanunları çərçivəsində həll olmasını rica edirəm".
Geri qayıt |