Əsas Səhifə > Güney Press > “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm...
“Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm...Bu gün, 10:33 |
|
“Sağ olsun Tarix Əliyev məni verilişinə dəvət etdi. Şəxsi nömrəsini tapıb zəng etmişdim və səhifəmdə bir video paylaşmışdım. Həm fürsət oldu onun verilişində Zaur bəydən incikliyimi dilə gətirdim, həm də peşman olduğumu dedim. Neçə ildir səhnəyə çıxmırdım, həyəcanlı idim. Namiq Qaraçuxurlunun mahnısını oxuyub oturmaq istəyəndə Tarix bəy mənə dedi ki, “oturma, tamaşaçıları da salamla”. Kəmalə Nəsibova başladı mənim sözümü yamsılamağa. Susdum, heç nə demədim. Anam da hər zaman deyirdi ki, mən səni oxuda bilmədim, imkansız vaxtımıza düşdün, amma Zaur sənin müğənnilik arzunu yerinə yetirdi, onunla barış, münasibətini yaxşı et. Tarix bəy dedi ki, ananız üçün nə oxumaq istərdiniz, bizi izləyir. Başladım ana muğamı ifa etməyə. Mən muğamı oxuya-oxuya Kəmalə Nəsibova ilə aramızda 10 metr məsafə var, görürəm deyir ki, “bu yerini düz oxumadı, filan yerini səhv oxudu”. Mən də muğama ayaq verib, keçdim “Xatırlayarsan məni” mahnısına. Məni həyəcanlandırdı, ürəyim istəyən kimi oxuya bilmədim. O bilməli idi ki, mənim təhsilim yoxdur, irad tutmamalı idi”.
Bunu Moderator.az-a açıqlamasında bazarda kartof təmizləyərkən oxuduğu ifalarla məşhurlaşan Elnarə Vahidova deyib.
O daha sonra əlavə edib:
“Kəmalə Nəsibova mənə dedi ki, “gəl səni öyrədim”. Ona canlı efirdə dedim ki, sən məni pulsuz öyrətməyəcəksən ki, pul istəyəcəksən. Həm də sən geyim-keçimindən başqa nəyinlə yadda qalmısan? Zaur Baxşəliyev nəzarət edəndə məni müəyyən adamlar çağırırdı, o diqqətini üstümdən çəkəndən sonra heç kim məni dəvət etmədi. Aramızdakı incikliyə də səbəb elə bu oldu. Onunla barışmaq istəyirəm. O əlini məni üstümdən çəkəndən sonra xalq artisti Gülyaz Məmmədova da mənimlə məşğul olmadı. Amma əvvəl deyirdi ki, “sən həftədə 2 dəfə evə gələrsən”. Sonra məni bir dəfə 20 tələbənin içinə saldı. Mən onların anası yaşında idim. Bu gün məqsədim savadlı oxumağı öyrənib, toylara getməkdir. Sizin vasitənizlə Zaur bəyə müraciət edirəm və məni bağışlayıb, efirinə dəvət etməsini xahiş edirəm”, - deyə Elnarə Vahidova bildirib.
Geri qayıt |