Əsas Səhifə > Güney Press > Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb

Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb


Bu gün, 18:15

Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə noutbukların satınalınması nəzərdə tutulur.

Müqaviləyə əsasən, 530 ədəd (i5, 15.6, 13-cü nəsil və ya daha üstün, 16GB Ram, 512GB SSD, Windows Pro 11) və 1760 ədəd (i3, 16", 14-cü nəsil və ya daha üstün, 8GB Ram, 128GB SSD, Windows Pro Education 11) noutbuk sifariş edilib.

Sifarişin maliyyə dəyəri 2 milyon 140 min manat müəyyənləşib.


Geri qayıt