Əsas Səhifə > Güney Press > 26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar
26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblarBu gün, 14:03 |
“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb."DİA-AZ" teleqraf-a istinadən xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqısının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər. Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır. Qeyd edək ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, “Caspian International Hospital”ın dövlət büdcəsinə 26 209 500.16 manat vergi borcu da mövcuddur. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur. Geri qayıt |