Əsas Səhifə > Güney Press > Ermənistana 1,5 milyard dollar

Ermənistana 1,5 milyard dollar


Bu gün, 13:43

İT nəhəngi NVIDIA Ermənistanda süni intellekt sahəsinə 1,5 milyard dollar investisiya ayırır. Bu, şirkətin daha əvvəl açıqladığı 500 milyon dollarlıq sərmayəni üç dəfə artırması deməkdir.

Musavat.com xəbər verir ki, bu barədə müxalif “Respublika uğrunda” partiyasının sədri Arman Babacanyan məlumat verib.

Xatırladaq ki, 2025-ci ildə NVIDIA Amerikanın “Firebird” startapı və Ermənistan hökuməti ilə tərəfdaşlıq elan edib. Layihə 2026-cı ilə qədər təxmini dəyəri təxminən 500 milyon dollar olan yüksək texnologiyalı süni intellekt fabrikinin tikintisini nəzərdə tutur.

Obyektin dəqiq yeri hələlik açıqlanmır. Bununla belə, məlumdur ki, yeni müəssisənin infrastrukturu minlərlə yeni nəsil qrafik prosessorunun işlədiyi genişmiqyaslı GPU fermaları üzərində qurulacaq.


Geri qayıt