|
Bu ilin ilk 9 ayında Azərbaycana 89 min 610 baş diri iribuynuzlu heyvan və 271 min 971 baş diri qoyun idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvan idxalı 2,7 dəfə, qoyun idxalı isə təxminən 2 dəfə artıb. Qeyd edək ki, iribuynuzlu heyvanlar Rusiya, Qazaxıstan, Gürcüstan və Slovakiyadan, qoyunlar isə Rusiya və Gürcüstandan gətirilib. Aşağıda, bu ilin ilk 9 ayında iribuynuzlu heyvan və qoyun idxalının ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri göstərilib. İribuynuzlu heyvan idxalı: Rusiya – 52 162 baş (1 550 manat) Qazaxıstan – 3 670 baş (804 manat) Gürcüstan – 33 751 baş (1 142 manat) Slovakiya – 27 baş (5 333 manat)
Qoyun idxalı: Rusiya – 127 808 baş (197 manat) Gürcüstan – 144 163 baş (177 manat)
Onu da qeyd edək ki, diri iribuynuzlu heyvan idxalı son illərin rekord səviyyəsinə yüksəlib. Əvvəlki illərin ilk 9 ayında heç vaxt bu ilki səviyyədə diri iribuynuzlu heyvan idxalı qeydə alınmayıb. Son 11 ilin yanvar-sentyabr aylarında Azərbaycanın idxal etdiyi diri iribuynuzlu heyvanların sayı aşağıdakı kimi olub: Yanvar-Sentyabr 2015-ci il – 33 482 baş Yanvar-Sentyabr 2016-cı il – 11 781 baş Yanvar-Sentyabr 2017-ci il – 55 281 baş Yanvar-Sentyabr 2018-ci il – 22 792 baş Yanvar-Sentyabr 2019-cu il – 63 895 baş Yanvar-Sentyabr 2020-ci il – 50 594 baş Yanvar-Sentyabr 2021-ci il – 33 873 baş Yanvar-Sentyabr 2022-ci il – 28 305 baş Yanvar-Sentyabr 2023-cü il – 60 081 baş Yanvar-Sentyabr 2024-cü il – 32 740 baş Yanvar-Sentyabr 2025-ci il – 89 610 baş
Geri qayıt
|