Əsas Səhifə > Güney Press > “Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək?
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək?Bu gün, 12:37 |
|
““LUKOİL”in Azərbaycanı tərk etməsi xəbəri yayılıb. “LUKOİL” dünyanın 22 ölkəsində işləyir. Bu məsələ təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə gündəmdədir. Bu, oktyabrın 22-də ABŞ-nin Maliyyə Nazirliyinin “Rosneft” və “LUKOİL” şirkətlərinə qarşı yeni sanksiyalarının tətbiqi ilə əlaqədardır. LUKOİL”in 34 törəmə şirkəti var. Sanksiyada hamısının adı qeyd edilməyib, amma onlara da şamil edilir. Dollarla əməliyyat aparmaq qadağan olunur. Amerika vətəndaşlarına, Amerikada işləyən şirkətlərə “LUKOİL”lə hər hansı ticari və hüquqi təmasda əlaqələrin qurulması qadağan edilir. Bu baxımdan, “LUKOİL”in Azərbaycandakı bəzi layihələri də gedə bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. “ABŞ Maliyyə Nazirliyi sanksiyada göstərib ki, harada “LUKOİL” 50%+1 səhmə, nəzarət paketinə malikdirsə, o layihələrə birinci sanksiya tətbiq edilir. “Şahdəniz” layihəsini götürsək, “LUKOİL” bu layihədə 19,99% paya malikdir. İkinci tərəfdən, “LUKOİL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LUKOİL-Azərbaycan” QSC-nin 1 neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar tamamilə “LUKOİL”ə məxsusdur. Beləliklə, şirkətin Azərbaycanın yanacaq bazarından getməsi mümkündür. Eyni zamanda “Şahdəniz” layihəsinə bu vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək. Çünki baxmayaraq ki, noyabrın 21-dən sanksiyalar tətbiq edilir, ABŞ Maliyyə Nazirliyi ikinci bir imkan verib, dekabrın 13-nə qədər “LUKOİL” məsələləri yekunlaşdırsın”, - İ.Şaban bildirib. Geri qayıt |