Əsas Səhifə > Güney Press > Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir?
Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir?Bu gün, 12:35 |
|
Ramiz Mehdiyevlə bağlı son günlər mediada yayılan müxtəlif iddialar geniş müzakirələrə səbəb olsa da, rəsmi qurumlar tərəfindən hələ də bu məlumatların heç biri təsdiqlənmir və təkzib olunmur. Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bu susqunluğun ciddi narahatlıq yaratdığını bildirib. Tural Abbaslının sözlərinə görə, həm ciddi, həm də qeyri-ciddi media resurslarında Ramiz Mehdiyev haqqında cinayət işi açıldığı, istintaqa cəlb olunduğu, yaxın çevrəsindəki bəzi şəxslərin dindirildiyi, köməkçisinin həbs olunduğu barədə məlumatlar dolaşır:
Ağ Partiya sədrinin sözlərinə görə, bu qədər informasiya fonunda rəsmi qurumların nə təsdiq, nə də təkzib açıqlaması verilib. Bu, cəmiyyətdə çaşqınlıq yaradır:
Tural Abbaslı hesab edir ki, yaranmış qeyri-müəyyənlik fonunda rəsmi strukturların münasibət bildirməsi həm informasiya qarışığını aradan qaldırar, həm də cəmiyyətdə dolaşan müxtəlif versiyaların qarşısını alar. Geri qayıt |