Əsas Səhifə > Güney Press > Xocavənddə daha 140 ev və binalar təmir olunacaq

Xocavənddə daha 140 ev və binalar təmir olunacaq


Bu gün, 11:57

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənddə çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı tenderlərə yekun vurub.

"DİA-AZ" xəbər verir ki, qurum "Araz İnşaatçı” MMC, “Qarabağ Enerji Təchizat” MMC və "Platin-M" MMC və "Via Construction" MMC ilə müqavilə bağlayıb.

“Araz İnşaatçı” MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 352 min 837 manatdır. Müqavilə Xocavənd rayonunun Cütcü kəndində fərdi yaşayış (40 ev - 6732m2) evlərinin təmiri işlərini nəzərdə tutur.

“Qarabağ Enerji Təchizat” MMC ilə 2 milyon 941 min manatlıq müqavilə imzalanıb. Müqavilədə Xocavənd rayonunun Kiş kəndində fərdi yaşayış (50 ev – 8415 m2) evlərinin təmiri işləri nəzərdə tutulur.

"PLATIN-M" MMC ilə bağlanmış müqavilənin məbləği 2 milyon 928 min 713 manat təşkil edir. Müqavilə Xocavənd şəhərində fərdi yaşayış evlərinin (50 ev - 8415 m2) təmir işlərinin satın alınması işləri həyata keçiriləcək.

"VIA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti “Xocavənd rayonunun Hadrut qəsəbəsində İnfrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri”nin satın alınması işlərini həyata keçirək. Bu şirkətlə 3 milyon 695 min 545 manat dəyərində müqavilə imzalanıb.


Geri qayıt