Əsas Səhifə > Güney Press > Afət Fərmanqızından sürpriz siyahı

Afət Fərmanqızından sürpriz siyahı


Bu gün, 11:51

Afət Fərmanqızı Rusiya toylarında iştirak edən 5 məşhur qadın müğənninin adını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ifaçı bu barədə sosial media hesabının hekayə bölməsində paylaşım edib.

O, ilk pilləyə özünü qoyaraq, "Toylar kraliçası" olduğunu deyib. Özündən sonra müğənni sıralama edərək 5-ci pilləyə Nəfəsi, 4-ə Vəfa Şərifovanı, 3-ə Ülviyyə Namazovanı, 2-yə Zemfira İbrahimovanı, 1-ci yerə isə Şəbnəm Tovuzlunu qoyub.

İfaçının həmin sıralamaya Vəfa Şərifovanı da qoyması diqqətdən qaçmayıb.

Qeyd edək ki, ikili arasında uzun müddətdir davam edən söz davası var.


Geri qayıt