Əsas Səhifə > Güney Press > “ “Azərbaycanfilm” kinostudiyası ölüb,

“ “Azərbaycanfilm” kinostudiyası ölüb,


Bu gün, 11:11

“Azərbaycanda kino sənətinə münasibət göz qabağındadır. Bizim “Azərbaycanfilm” adında böyük bir kinostudiyamız var idi. Bu gün də var, amma indi o ölüb, diriltmək lazımdır. Bu da ancaq dövlətin hesabına ola bilər”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Xalidə Quliyeva deyib.
O daha sonra əlavə edib:
“Kino nədir? Kino bir xalqın güzgüsüdür. Bir xalqı tanıtmaq,təbliğ etmək üçün ən gözəl vasitə kinodur. Kino sənətdir. Bu boyda tarixi abidəmiz var. Ora da Şirvanşahlar sarayı kimi, Qız qalası kimi tarixi abidədir. “Azərbaycanfilm” kinostudiyası müasir dövrümüzün tarixi abidəsidir. Biz onu qorumalıyıq, başqa yolu yoxdur. Onu qorumalıyıq ki, özümüz də var olaq. Kinostudiyanın təmirə, maddi-texniki bazasının dəyişilməsinə ehtiyac var. Bir hissəsi ola bilər ki, kino muzeyi düzəldilsin. Çünki demək olar ki, kino muzeyi adında bizim heç nəyimiz yoxdur. Nə qədər bizim kino sənətkarlarımız var. Onlar dünyasını dəyişib, amma ruhları orada pərvaz edir”.
Xalidə Quliyeva bildirib ki, bütün dünya ölkələrində kinostudiyalar var:
“Mən orada 25 ilə qədər işləmişəm. İxtisar olunduğum günə qədər. Elə bilmişəm ki, öz evimdir. Ona olan bu münasibəti mən qəbul edə bilmirəm. Bu haqda tez-tez paylaşımlar edirəm. Bunu mən mənəvi borc hesab edirəm. Kinostudiya başdan-ayağa təmir olunmalıdır. Bu ancaq dövlət səviyyəsində həll oluna bilər. Böyük bir kino tariximiz var. Kino xalqın sərvətidiri. Onu dağıtmaq olmaz axı.. Bu günhadır. Niyə axı Rusiyada “Mosfilm” olsun, Çexiyada “Barandov” qalıb, Hollivud qalıb, Tacikistanda bütün kinostudiyalar fəaiyyət göstərir. Onları nə dağıtmırlar, nə də sökmürlər. Biz nəyi gözləyirik? Böyük bir problem deyil ki, bu. Bu bizim tariximizdir. Tariximizə yiyə duraq”, - deyə xalq artisti bildirib.

Geri qayıt