Əsas Səhifə > Güney Press > Xalq artisti Roza Cəlilova vəfat edib
Xalq artisti Roza Cəlilova vəfat edibBu gün, 10:31 |
|
Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib. Bu barədə Trend-ə onun yaxınları məlumat verib. Qeyd edək ki, Roza Cəlilova 17 MAY 1927-ci ildə Quba rayonunda anadan olub. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib. Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada pedaqoji fəaliyyət göstərib. Geri qayıt |