Əsas Səhifə > Güney Press > Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı
Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldıBu gün, 09:26 |
|
“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi qəza bərpa nəqliyyat vasitələrinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, satınalma qəza bərpa nəqliyyat vasitələrinin alınması məqsədilə həyata keçirilib. Satınalmanın qalibi “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 7 milyon 859 min 799 manat 81 qəpik təşkil edir.Ehtimal olunan qiymət isə 9 milyon 948 min 750 manatdır. Şirkət daha öncə 7 milyon 480 min 855 manat dəyərində “Naxçıvan Yol Təchizat” MMC maşın və mexanizmlərin satın alınması ilə bağlı tenderin qalibi olub. Qeyd edək ki, “Az-Tex-İmport” MMC2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir. Geri qayıt |