Əsas Səhifə > Güney Press > Ruslar bu şəhərə hücuma başladı
Ruslar bu şəhərə hücuma başladıBu gün, 08:03 |
|
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Seversk şəhərinə qətiyyətli hücuma başlayıb. Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Yuri Kotenok öz Teleqram kanalında yazıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri komandanlığı illərdir Severski müdafiəyə hazırlayır: "Rusiya Silahlı Qüvvələrinin Kaleniki və Reznikovkaya daha bir irəliləyişi Ukrayna üçün ciddi təhlükə yaradır. Belə olan halda, Ukrayna Silahlı Qüvvələri Ray-Aleksandrovka və Nikolayevkada yerləşməli, Slavyanska gedən yolu bağlamalı olacaq. Üstəlik, rusiyalı hərbçilər yüksəkliklər boyunca arxadan Vasyukovkaya çata bilər. Bu, faktiki olaraq kanalın açılışı və Slavyansk uğrunda döyüşün başlanğıcı ola bilər". Geri qayıt |