Əsas Səhifə > Güney Press > “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıbBu gün, 16:41 |
|
“Aztelekom” MMC daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu xətt təsərrüfatı üçün mal-materialın satın alınmasını həyata keçirəcək. Məlumatda bildirilir ki, tenderin qalibi “BUTA SUPPLY” MMC-dir. Həmin razılaşmaya əsasən qeyd edilən malların alınmasına isə 2 milyon 155 min 22 manat pul ödəniləcək. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, 2025-ci ildə “Aztelekom”la “Buta Supply” arasında bu ikinci tendderddir. Belə ki, MMC bu ilin yanvarında şirkətdən akkumulyatorlar alıb və onun quraşdırılması xidmətini də həyata keçirib. Bunun müqabilində isə 262 min 856 manat pul ödənişi edib. Bildirək ki, “BUTA SUPPLY” MMC 2019-cu ildə təsis edilib. Bakı şəhəri, Xətai rayonu, Əhmədli 2-ci, ev 20 ünvanında rəsmi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyev Çingiz Akif oğludur. Geri qayıt |