Əsas Səhifə > Güney Press > Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcəkBu gün, 16:19 |
|
Ermənistan Rusiyadan keçmiş baş prokuror Gevorq Kostanyanın ekstradisiyasını tələb edəcək. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. İrəvan həmçinin 2008-ci il martın 1-də baş vermiş hadisələri araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasını tələb etmək niyyətindədir. Hər iki keçmiş yüksək vəzifəli məmur vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutları saxtalaşdırmaq və 1 mart işi üzrə istintaqı təhrif etməkdə ittiham olunur. Hər iki şəxs Rusiyadadır. Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Baş nazir Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Paşinyan bu məsələdə onun da adını çəkib. Geri qayıt |