Əsas Səhifə > Güney Press > Badamdardakı restoranda insident
Badamdardakı restoranda insidentBu gün, 15:46 |
|
Bakı şəhər Səbail ryonu Badamdar qəsəbəsində yerləşən restoranda dava-dalaş olub. Restoranda qonaq olan gənc oğlan səs-küy salaraq mübahisə edib, uca səslə söyüşlər söyərək digər insanların narahatlığına səbəb olub. Onu restorandan çıxarmaq mümkün olmadığından vətəndaşa müdaxilə etmək üçün polis dəvət edilib. Lakin həmin şəxs polisə də tabesizlik göstərib. Saxlanılaraq 41-ci Polis Bölməsinə aparılan şəxsin 1999-cu ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuş ″Purehealth Distribution″ şirkətinin əməkdaşı S.Səfərov (şərti ad) olması müəyyən edilib. O, barəsindəki inzibati protokolla birgə Səbail məhkəməsinə aparılıb və məhkəmənin müvafiq qərarı ilə 1 ay müddətinə həbs edilib. News24.az Geri qayıt |