Əsas Səhifə > Güney Press > Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilibBu gün, 15:25 |
|
Moskva vilayətinin Balaşixa şəhərində 6 yaşlı oğlunu öldürən və sonra onun başını kəsib Qolyanovski gölünə atan 31 yaşlı qadın həbs edilib. APA-nın Moskva bürosu xəbər verir ki, Moskva Vilayətinin Balaşixa Məhkəməsi Yelena Tsutskova barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Qadın altı yaşlı oğlunu öldürdüyünü etiraf etsə də, cinayətin səbəbini izah edə bilməyib. Müstəntiqlər hesab edirlər ki, Tsutskova qətli 16 noyabrda öz mənzilində törədib, sonra uşağın cəsədini hissələrə ayırıb və başını Moskvadakı Qolyanovski gölünə atıb. 16 noyabr axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın başı kəsilmiş cəsədini mənzilin eyvanında aşkar ediblər. Geri qayıt |