Əsas Səhifə > Güney Press > “Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilibBu gün, 12:25 |
|
Aazərbaycan Mərkəzi Bankı (AMB) hüquqi şəxs sığorta brokeri “Status Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə icrası məcburi sərəncam verib. Bu barədə “APA-Economics”ə AMB-dən bildirilib. Məlumata görə, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta brokeri "Status Sığorta Brokeri" MMC-yə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib. Geri qayıt |