Əsas Səhifə > Güney Press / Ana xəbər > “Doyaruşka” yağlarından görün nə çıxdı

“Doyaruşka” yağlarından görün nə çıxdı


Bu gün, 10:58

Məşhur yağ brendi olan “Doyaruşka”nın içindən ilbiz çıxıb.

Tribuna-nın məlumatına görə, bu barədə sosial şəbəkədə Səmra adlı xanım yazıb. Foto da paylaşan şikayətçi bildirib ki, yağ ağzı bağlı formada soyuducuda olub:

“Bu səhər qarşılaşdığım mənzərə. Mən şoka düşdüm. Bu necə ola bilər ki? Məhsul ağzı bağlı halda soyuducuda olub.
Bu da tanınmış marka və sevərək yediyimiz yağ. İnsanlar nə alıb yediyimizi bilsin”.

Qeyd edək ki, “Doyaruşka” yağları “Delta Group” şirkətinə məxsusdur. Bu yağın Yeni Zellandiyadan idxal olunduğu fikri formalaşsa da, mütəxəssislərin fikrincə, “Doyaruşka” yerli istehsaldır və Azərbaycanda hazırlanır.

Məsələ ilə bağlı “Delta Group” və “Doyaruşka Azerbaijan”la əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.


Geri qayıt