Əsas Səhifə > Güney Press > “Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcək
“Sabunçu Bazarı” ASC-nin rəhbərliyi seçiləcəkBu gün, 09:08 |
|
28 dekabr 2025-ci il saat 11.00-da “Sabunçu Bazarı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "DİA-AZ" xəbər verir ki, yığıncaq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda baş tutacaq. Gündəlikdəki məsələlər aşağıdakılardır: 1. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi. 2. “Sabunçu Bazarı” ASC-nin baş direktorunun seçilməsi. 3. Digər məsələlər. Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda tanış olmaq mümkündür. Geri qayıt |