Əsas Səhifə > Güney Press > Paşinyan erkən seçkiyə gedir

Paşinyan erkən seçkiyə gedir


Bu gün, 16:20

"Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar diqqət mərkəzindədir. Sözsüz ki, əsas diqqət İrəvanın davranışları üzərinə fokslanıb. Amma hər halda Ermənistan tərəfi üzərinə düşən məsələlərdə etmək imkanına malik olduğu işləri, görməyə çalışır".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.

Deputat sərhədlərin delimitasiya və demarkasiyası məsələsində Zəngəzur dəhlizinin (Tramp marşrutu) keçəcəyi ərazidən növbəti dəqiqləşədirmə işlərinin başlanılması ilə bağlı verilən qərara diqqət çəkib: “Sözsüz ki, gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyan üçün indidən çətin durum yaranıb. Amma nə olur-olsun Paşinyan öz hakimiyyətini saxlamağa çalışmalıdır. Eyni zamanda onun götürdüyü öhdəliklər var. Artıq bu işlərin icrasına başlanılıb. ABŞ tərəfindən rəsmi şəxslərin Ermənistana səfəri çərçivəsində də əldə edilən razılaşmalara uyğun olaraq onların hansı işlər görəcəyi dəqiqləşməlidir. Bütün bunların fonunda Paşinyanın bu məsələdən boyun qaçırmaq niyyəti də hiss olunmur”.

Rasim Musabəyov Ermənistanda daxili gərginliyin daha da artacağı fonunda seçkilərin bir qədər önə çəkilməsi ehtimalının da mümkünlüyünü söyləyib: “Əslində bu mümkündür. Paşinyan seçki hazırlığına vaxtından daha tez başlayıb. Artıq onun təmsil olunduğu partiya platforma və proqramını da təsdiqləyib. İndi isə namizədlərin siyahısı formalaşdırılır və qərargah yaradılır. Bu onu göstərir ki, baş nazir seçkinin vaxtını yaydan yaza çəkmək niyyətindədir”.


Geri qayıt